AzNews.az “APA”ya istinadən xəbər verir ki, həmsədrlər ilin sonunda prezidentlər arasında yüksək səviyyəli görüşün təşkilində yardım etməyə təklif edib.
Bəyatanda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov, Stefan Viskonti və Riçard Hoqland) iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbaldyan ilə görüş keçirib. Görüşdə Dağlıq Qarabaö münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcəkdə görüləcək işlərin formatı müzakirə olunub. Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Bəyatanda deyilir ki, nazirlərin görüşü zamanı təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub. İki ölkə xarici işlər nazirləri və həmsədrlər bu ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində görüşməyə razılıq veriblər.
AzNews.az