Türkiyədə əməliyyat - 5 terrorçu zərərsizləşdirildi

12 İyul 2017 12:52 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, əməliyyat Konyada keçirilib. Konya polsinin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 4 polis əməkdaşı yaralanıb.

Şəhərin Meram rayonunda terrorçuların olduğu evə polisin əməliyyat hücumu zamanı atışma baş verib. Terrorçular məhv edildikdən sonra mənzildən 5 Kalaşnikov avtomatı, çox sayda silah-sursat aşkar edilib.

Hazırda meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

AzNews.az