Şpris istehsal edən zavod tikiləcək

12 İyul 2017 14:43 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır.

Zavod tam gücü ilə işə düşdükdən sonra Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, daxili tələbat yerli istehsal hesabına keyfiyyətli birdəfəlik şprislə təmin edəcək, bu məhsullara idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 50 yeni iş yeri açılacaq.

AzNews.az