“Rüstəm İbrahimbəyovun həbsi realdır”

13 Fevral 2013 15:30 (UTC+04:00)


Vergi cinayətləri ilə ittiham olunan Ziyalılar Forumunun təsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyovun həbs olunması ehtimalı ilə bağlı versiyalar gündəmdədir. Ziyalılar Forumunun üzvü, kinossenarist Eldəniz Quliyev də R.İbrahimbəyovun ölkəyə gəlişinə əngəllər yaradıldığını bildirib.

Bəs, bu hal hüquq müstəvisində necə həlini tapa bilər?
AzNews.az-a açıqlama verən Hüquq Maarifçilik Cəmiyyətinin sədri İntiqam Əliyevin fikrincə, Azərbaycanda istənilən şəxsi, o cümlədən R.İbrahimbəyovu həbs etmək mümkündür: "İstənilən adamı həbs edə bilirlər. Əgər yuxarıdan göstəriş varsa, onun tutulması realdır".

Bahar Rüstəmli
AzNews.az