Azərbaycan-İran sərhədində qaçaqmalçı saxlanıldı

12 İyul 2017 15:00 (UTC+04:00)

AzNews.az Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün nəqliyyat vasitəsi saxlanılaraq təkrar yoxlanılıb.

Yoxlama zamanı kabinədə, sürətlər qutusunun üzərində, avadanlıqlar üçün nəzərdə tutulmuş rəfdə 1 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 0,306 qram təşkil edən 13 ədəd çətənə bitkisinin toxumları aşkar edilib.

Daha sonra zərurət yarandığı üçün vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 0,421 qram təşkil edən psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə xalis çəkisi 0,895 qram təşkil edən narkotik vasitə - həşiş aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az