Rusiya mətbuatının məlumatına görə, buna səbəb Azərbaycandan gətirilən pomidorlarda zərərverici — Cənubi Amerika güvəsinin aşkarlanması olub.
Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Kurqansk vilayəti üzrə idarəsi ərazidə bu pomidorların satışını qadağan edib.
Kənd Təsərrüaft Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən AzNews.az-a verilən məlumata görə, sözü gedən qurum məsələdən xəbardardır. Qurumdan hazırda bununla bağlı araşdırmalar aparıldığını vurğulayıblar.
Bahar RÜSTƏMLİ
AzNews.az