Xalq artistindən erməniyə dəstək - Foto

12 İyul 2017 17:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənətçi erməni qarmon ifaçısı Varujan Şahbazyanın sənətini sevdiyini bildirib.

Brillinat Dadaşova "Super" yazaraq onun ifalarına dəstək verib. Varujan Şahbazyan isə Azərbaycanın Xalq artistinin rəyinə “Təşəkkür edirəm, əzizim" – deyə qarşılıq verib.

Brillinat Dadaşovanın bu hərəkəti sosial şəbəkədə etirazlara səbəb olub. Hətta izləyicilər onun bu hərəkətinə görə sənətçidən Xalq artistinin adının geri alınmasını təklif ediblər.

AzNews.az