Prezident Sudan və Avstriyaya fəxri konsul təyin etdi

12 İyul 2017 19:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamlarda deyilir:

Tarıg Hamza Zeynəlabdin Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu təyin edilsin.

Andreas Köniqsberqer Avstriya Respublikasının Sankt Pölten şəhərində, Helmut Mantsenrayter Avstriya Respublikasının Klaqenfurt am Vörterse şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.