AzNews.az “APA”ya istinadən xəbər verir ki, aktrisanın ölümü barədə onun həyat yoldaşı Mark Feldman məlumat verib.
Onun sözlərinə görə, müğənni iyulun 12-də xəstəxanada dünyasını dəyişib. Tamara Miansarova ağciyər xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Tamara Мiansarova 1931-ci il martın 5-də anadan olub. Moskva konservatoriyasında təhsil alanda solo konsertlərlə çıxış edib. O, “Qoy həmişə günəş olsun”, “Qara pişik” və başqa mahnıları ilə məşhurluq qazanıb.
AzNews.az