Bakıda 25 nəfəri gün vurub

13 İyul 2017 12:45 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) Əməliyyat və hospital təşkili üzrə şöbənin böyük həkimi Bənövşə Quliyeva deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 9-u xəstəxanaya yerləşdirilib. Günvurma ilə bağlı müraciət edənlərin 20-si böyük, 5-i uşaq olub. Böyüklərin 6-sı, uşaqların isə 2-si xəstəxanaya yerləşdirilib. İndiyədək günvurma hadisəsindən ölüm hadisəsi baş verməyib.

B.Quliyeva əlavə edib ki, iyunun 1-dən indiyədək 26 nəfər ilan sancma ilə əlaqədar BTTTYS-yə müraciət edib. Onların 25-i xəstəxanaya yerləşdirilib, 1-nə isə hadisə yerində yardım göstərilib. Xəstəxanaya yerləşdirilən xəstələrin 2-si uşaq olub.

B.Quliyeva bildirib ki, ilan sancmaları ilə bağlı müraciətlər daha çox Bakıətrafı ərazilərdən – Pirşağı, Türkan, Maştağadan daxil olub. Müraciət edənləri ilan əsasən, özlərinin həyətyanı sahələrində sancıb. İlan sancmalardan ölüm halları baş verməyib.

AzNews.az