Nardaran hadisələrində təqsirləndirilən şəxs azadlığa buraxıldı

13 İyul 2017 12:50 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, N.Kərimovun cəza müddəti başa çatıb və o, cəzaçəkmə müəssisəsindən azad edilib.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində saxlanılan N.Rəhimov qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilmişdi.

Sabunçu rayon məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

AzNews.az