Brilliant Dadaşova erməniyə olan sevgisindən danışdı - “Saxta vətənpərvərlər”

13 İyul 2017 13:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənətçi məsələ ilə bağlı sosial şəbəkədə ona qarşı "qara piar" kampaniyası aparan şəxsləri qınamadığını deyib:

“Mənə "qara piar" edən "saxta vətənpərvərləri" qınamayın. Əlbəttə ki, döyüşlərin ən çətin və qızğın vaxtında, səngərlərdə və döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünkü göndərsən bunların heç biri o döyüş meydanlarına yaxın getməzdi”.

Xalq artisti Birilliant Dadaşova erməni qarmon ifaçısı Varujan Şahbazyanın sənətini sevdiyini bildirib. Müğənni erməni sənətçisinin ifasına "Super" yazaraq onun ifalarına dəstək verib. Varujan Şahbazyan isə Azərbaycanın Xalq artistinin rəyinə “Təşəkkür edirəm, əzizim" – deyə qarşılıq verib.

Bahar RÜSTƏMLİ

AzNews.az