Hindistanda daşqınlar nəticəsində 40 nəfər ölüb

13 İyul 2017 14:45 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, 1,5 milyon nəfər evsiz qalıb.

Qeyd edək ki, Hindistanda artıq 2 həftədir aramsız yağışlar yağır. Yağışlar nəticəsində Brahmaputra çayı da məcrasından çıxaraq ətrafı basıb. Bu səbəbdən Assam ştatında 2,5 min kənd sel suları altında qalıb.

Kaziranqa Milli Parkının da sel suları altında qaldığı bildirilir.

AzNews.az