“Ermənistan Abxaziyadan keçən dəhlizin açılmasına ümid etməsin” - Zurab Abaşidze

13 İyul 2017 17:15 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

Bununla da o, Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyanın “Ermənistan yaxın zamanlarda Abxaziya və Tsxinvali regionundan keçməklə Rusiya və Gürcüstan arasında ticarət dəhlizinin açılmasına ümid edir” açıqlamasına cavab verib.

Z.Abaşidzenin sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında danışıqlar 2011-ci ildə əldə olunmuş yük dövriyyəsi haqqında sazişin icra olunması ətrafında davam edir və burada Abxaziyadan keçən və Ermənistanın ümid etdiyi ticarət dəhlizi barədə şərtlər mövcud deyil.

AzNews.az