Bakıda lift şaxtaya düşdü, 1 nəfər yaralandı

13 İyul 2017 18:15 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən binada liftin şaxtaya düşdüyü, içərisində adamların olduğu bildirilir.

Bir nəfər xəsarət alıb. Xəsarət alan 40-50 yaşlarında kişidir.

Ona Respublika Neyrocərrahiyyə Xəstəxanasında ilkin yardım göstərildikdən sonra, 3 saylı şəhər Klinik xəstəxanasına aparılıb.