"Ermənilər üç gün belə tab gətirə bilməyəcəklər" - Zakir Həsənov

13 İyul 2017 18:22 (UTC+04:00)

AzNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun RİA Novosti agentliyinə müsahibə belə deyib.

"Onlar yaxşı bilirlər ki, əgər heç kəs vəziyyətə qarışmasa, o zaman heç üç gün belə tab gətirə bilməyəcəklər. 2016-cı ilin aprelində artıq bu baş verdi. Əgər bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq qırılacaqdı. Düşmənin uzun illər ərzində qurduğu müdafiə xəttini biz 40 dəqiqə ərzində yardıq." - nazir belə bildirib.

"Siz hesab edirsiniz ki, Qarabağ məsələsi hərb yolu ilə həll ediləcək?" sualına isə Zakir Həsənov belə cava verib:

"Mən siyasətçi deyiləm. Bizim ölkə məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin bu o demək deyil ki, danışıqlar sonsuz olmalıdır, onlar onsuz da həddən artıq uzanıb. Danışıqlar xatirinə danışıqlar heç kimə lazım deyil.
Bir ətrafa baxın. Beynəlxalq qanunlar artıq işləmir, hamı gücə istinad edir. Təbii ki, biz buna reaksiya verməliyik. Lakin bir daha təkrar edirəm ki, mən siyasətçi deyiləm, hərbçiyəm."