Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatır

13 İyul 2017 19:23 (UTC+04:00)

AzNews.az DİM-ə istinadən xəbər verir ki, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

13 iyul saat 17:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 331 nəfəri seçim edərək ərizəsini təsdiq edib.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.