Şirvanda maskalıların mağazaya basqını anbaan görüntüləndi - Video

13 İyul 2017 21:09 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, şəhərin Fariz Eynullayev küçəsində yerləşən mobil telefon mağazasından maskalı şəxslər oğurluq ediblər. Hadisə gecə saat 04:00 radələrində baş verib. Aqşin Babayevə məxsus mağazanın qapısını metal alətlə açaraq içəri daxil olan 4 nəfər şəxs ümumi dəyəri 3 min manat olan 12 ədəd telefon götürüblər.

Faktla bağlı Şirvan polisi araşdırma aparır.