Goranboyda 2-ci qrup əlil intihar etdi

13 İyul 2017 21:59 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Kəlbəcər rayonunun Zəylik kənd sakini, 1968-ci il təvəllüdlü Məhərrəmov İlqar Şahməmməd oğlu məcburi köçkün kimi müvəqqəti yaşadığı evdə kənd sakinləri tərəfindən tavandan asılı vəziyyətdə tapılıb. Onun, eləcə də qardaşının ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.