"Qəbələ"nin oyununda 2 qol vuruldu

13 İyul 2017 22:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Roman Qriqoruçukun komandası bu gün Bakıda 8-ci km qəsəbə stadionunda Polşanın "Yagelloniya" klubu ilə qarşılaşıb.

Oyunda ilk qolu 1-ci hissənin 15-ci dəqiqəsində “Yagelloniya”nın oyunçusu Talas Romançuk vurub. Cavab qolunu ikinci hissənin əvvəlində “Qəbələ”nin yeni meydana çıxan oyunçusu Jozef-Monroz vurdu.