Abituriyentlərin öldüyü qəzanın görüntüləri yayıldı - Video

14 İyul 2017 00:00 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Mercedes" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yol kənarında olan su çəninə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Şəmsi İlqar oğlu Rzayev və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Ələmdar Qoşqar oğlu Qarayev ölüb.

Hadisəyə səbəbin yüksək sürət olması bildirilir. Qəzaya düşən şəxslərin abituriyentlər olduğu və hazırlıq kursundan qayıtdıqları qeyd olunur.