Minik və yük maşınları toqquşdu - Ölən var

14 İyul 2017 10:28 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qaracallı kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Razi Zülfüqar oğlunun idarə etdiyi "VAZ-21099" markalı minik maşını ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü R. İsayev hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

AzNews.az