Yaxın Şərqdə gərginlik – Məsciddə namaz qılmağa icazə verilməyəcək

14 İyul 2017 12:36 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, fələstinli gənclərlə İsrail polisi arasında atışma baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb. Onlardan 3-ü fələstinli gənc, 2-si isə polisdir. 1 polis isə ağır yaralanıb.

Məlumata görə, fələstinli gənclər motosikletlə gələrək polislərə hücum ediblər.

Hadisə ilə əlaqədar İsrailin təhlükəsizlik qüvvələri əl-Əqsa məscidinin qapılarını bağlayıb. Yerli rəhbərlik məsciddə namaz qılmağa icazə verməyəcəyini bildirib.

Bəxtiyar Abbasov

AzNews.az