Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 83-ə çatdı

14 İyul 2017 17:00 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda təbii fəlakət bölgəsində 2 milyondan çox insan sığınacaqsız qalıb.

Daşqınlar, əsasən, Assam ştatında ciddi dağıntılar törədib. Ən çox insan itkisi də məhz bu ştat ərazisində qeydə alınıb. Rəsmilər burada azı 53 nəfərin təbii fəlakət qurbanına çevrildiyini bildiriblər.

Məlumata görə, təbii fəlakət bölgəsində iki həftədir ki, fasiləsiz yağışlar yağır. Bu isə Brahmaputra çayının daşmasına səbəb olub. Azı 2500 kənd suların altında qalıb.

Bəxtiyar Abbasov

AzNews.az