4-cü mərtəbədən yıxılan uşaq sağ qaldı - Bakıda + Foto

14 İyul 2017 17:03 (UTC+04:00)

Bu barədə Teleqraf.com-a uşağın anası Cahan Allahverdiyeva danışıb.

Ananın sözlərinə görə, dünən günorta naharındansonra oğluna 1 saat yatıb dincəlməyi məsləhət görüb: “Həyat yoldaşım da yatmışdı. Mən evdə iş görürdüm. Uğur pəncərəyə çıxıb və 4-cü mərtəbədən yıxılıb. Oğlumun sağ qalmasına 1-ci mərtəbədəki üzüm tənəkləri səbəb olub.

Uşaq tənək ağacının budaqlara ilişib, sonra yeşiklərin üstünə oturaq vəziyyətdə düşüb. Böyük oğlum qışqırdı ki, qardaşım pəncərədən yerə düşdü. O anı bir daha xatırlamaq istəmirəm. Ana olaraq hansı hisləri keçirdiyimi izah etməkdə acizəm. Pilləkəni düşəndə balamı qanlar içində görəcəyimi düşünürdüm. Qonşu tez məni sakitləşdirdi ki, qorxma sağdır. Sadəcə qolu əzilib. Həmin vaxt huşumu itimişəm”.

Uğurun anası deyir ki, oğlunun nə vaxtsa pəncərəyə çıxan görməyib: “Bilsəydim çıxmamağı tapşırardım. Uğurun düşdüyü yerdə it saxlanırdı. Bəxtimiz gətirdi ki, iti 2 aydır rayona aparıblar. Yoxsa uşaq sağ qalsa da, it parçalayacaqdı”.

Cahan Allahverdiyeva qeyd edib ki, həkimlər uşağı müyainə ediblər: “1 saylı Şəhər Klinik xəstəxanasına apardıq. Həkim dedi ki, bu, bir möcüzədir. Uşağa heç nə olmayıb. Sadəcə çiyin hissəsi əzilib”.

Uğurun anası deyir ki, uşaq anadan olan vaxtdan sağ qalaması möcüzə olub: “Uğur 8 aylıq doğulmuşdu. Çəkisi 1 kiloqram 800 qram idi. 17 günündə ilk dəfə gözündən yaş gəlmişdi. Hamı deyirdi ki, öləcək.

Uğur mənim 4-cü övladımdır. Adı kimi uğurludur. Mən hər dəfə onu bizə bağışladığı üçün Allaha dua edirəm. İndi uşaq yaxşıdır. Bu gün qurban kəsib, paylamışıq”.

AzNews.az