“Bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır” - Qurban Qurbanov

14 İyul 2017 20:37 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-i keçiriləcək“Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

Xatırladaq ki, "Qarabağ" ilk oyunda evdə 5:0 hesabı ilə məğlub etdiyi gürcülərin iyulun 18-də Tiflisdə qonağı olacaq.