“Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilinə həmişə hazırdır” - Sefir

14 İyul 2017 21:21 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.

"Cənab Emmanuel Makron iki aydır öz vəzifəsinin icrasına başlayıb. O, 28 may Respublika günü münasibəti ilə ünvanlandığı məktubda bildirib ki, münaqişənin siyasi, danışıqlar yolu ilə ədalətli, davamlı həllinə tərəfdardır. Təbii ki, Fransa hər zaman belə bir görüşlərin təşkilinə hazırdır”, deyə səfir bildirib.