Daşkəsəndə ər arvadını bıçaqladı - Video

14 İyul 2017 21:55 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Əhmədli kəndində baş verib. Qadın ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Cəlal Zeynalov (həkim) : "Abbasova Günel adında xanım xəsarət alaraq xəstəxanamıza gətirilib. Xəstə təcili əməliyyat olunub və hal-hazırda xəstənin müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağırdır".

Faktla bağlı araşdırma aparılır.