"Qalatasaray"dan gözlənilməz qərar - Sneyder gedir

14 İyul 2017 22:46 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, futbolçu qalmaq istəsə də, rəhbərlik bununla razılaşmayıb.

Qərarın Sneyderə ötən mövsüm verilən 2.7 milyon avro məbləğində pul cəzası ilə bağlı olduğu bildirilib. Bununla yanaşı, oyunçuya olan borcların ödəniləcəyi vurğulanıb.

"Qalatasaray" Sneyderin təzminatsız başqa kluba keçməsinə də razılıq verəcək.