Rusiyanın Türkiyədə yeni səfiri Ankarada öz işinə başlayıb

15 İyul 2017 11:07 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə səfirliyin mətbuat-attaşesi Aleksandr Leşukov deyib.

Onun sözlərinə görə, yeni səfir bu gün Türkiyədə qeyd olunan hərbi çevrilişə cəhdin dəf edilməsinin ildönümü münasibətilə təşkil edilən rəsmi tədbirdə iştirak edəcək.

Qeyd edək ki, Rusiyanın əvvəlki səfir Andrey Karlov ötən ilin dekabrında Ankarada qətlə yetirilib.

AzNews.az