Ələt-Astara yolunda körpü çökdü

15 İyul 2017 13:24 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar ərazisindən keçən hissəsindəki Mahmudçala gölü yaxınlığında qeydə alınıb.

Gölün yaxınlığındakı şor kollektorun üzərindəki körpünün bir hissəsi çöküb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Hazırda alternativ yolun çəkilişi istiqamətində işlər aparılır.

AzNews.az