“İndi Bakıda işlər o qədər sürətlə gedir ki, bəzən əvvəlki görüntülər yaddan çıxır” - İlham Əliyev

15 İyul 2017 13:55 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, “Sovetski” adlanan ərazidə həm yol infrastrukturu, həm ictimai yerlər, gözəl yaşıllıqlar salınacaq: “İndi işlər o qədər sürətlə gedir ki, bəzən əvvəlki görüntülər yaddan çıxır. Misal üçün, siz yaxşı xatırlayırsınız ki, aeroportun ətrafında yarmarka var idi. Bu səliqəsiz antisanitariya mərkəzinin mənzərəsi hamımızı incidirdi. O yarmarka başqa əraziyə köçürülüb, yerində meşəlik salınıb. İndi o yerdən keçəndə bəziləri unudur ki, burada əvvəllər mənzərə necə idi”.

AzNews.az