AzNews.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, Çinin şimal-qərbindəki Çilik əyalətində yağan şiddətli yağışların yol açdığı sel və daşqınlar nəticəsində 8 nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb. 120 mindən çox insan bölgədən təxliyə edildib. 13 vilayətdə yağan şiddətli yağışların yaratdığı fəsadlardan təxminən 320 min insan ziyan çəkib. Hadisədən ən çox ziyan çəkən Yongci vilayətində elektrik, qaz və su kəsilib, quru yolu nəqliyyatının tamamilə dayandığı qeyd edilib.