Bərdədə 6 otaqlı ev yandı

15 İyul 2017 16:20 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m2sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.