Hacıqabul sakinində tiryək aşkarlandı

15 İyul 2017 17:40 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon sakini, dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü Əzizov Məhəmməd Vaqif oğlundan 48 qram narkotik vasitə olan tiryək götürülüb.

M. Əzizov Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az