Avtomobili yük maşını ilə toqquşdu - 5 nəfər ağır yaralandı + Yenilənib

15 İyul 2017 20:29 (UTC+04:00)

"Report"un Qərb bürosu xəbər verir ki, bunlar dövlət qeydiyyat nişanı "35-BS-441" olan "VAZ -2107" markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Vüqar Qəmbər oğlu Məhərrəmov, maşında olan sərnişinlər, Daşkəsən rayon sakinləri - 1987-ci il təvəllüdlü Əntiqə Məhəmməd qızı Məmmədova, 1981-ci il təvəllüdlü Minayə Əhəd qızı Qurbanova və Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Xanlar Səfər oğlu Əhmədovdur.

Hadisə zamanı dövlət qeydiyyat nişanı "16-BL-305" olan "ZİL" markalı yük maşınının sürücüsü, Daşkəsən rayon sakini, Rövşən Bilal oğlu İsmayılov isə alın nahiyəsindən yüngül xəsarət alıb.

***

19:06

Daşkəsən-Gəncə yolunun 3-cü km-də 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, taksi kimi fəaliyyət göstərən Vüqar adlı sürücünün idarə etdiyi "VAZ-2107" markalı avtomobil "ZİL" ilə toqquşub.

Nəticədə taksinin sürücüsü və maşında olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az