Turistlərə hücum edən şəxs İŞİD-in göstərişi ilə hərəkət edib

15 İyul 2017 19:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Cinayətkarın terrorçularla internet vasitəsilə əlaqə saxladığı bldirilir. Hadisəni törədən şəxsi həmin əmələ sövq edən səbəblər bəlli deyil. Onun ruhu xəstəlikdən əziyyət çəkdiyi də ehtimal olunur.

Bıçaqla silahlanmış şəxs Hurqada hotellərin birində çimərlikdə dincələn xarici turistlərin hücum edib. Nəticədə, iki almaniyalı qadın ölüb, Ermənistan, Çexiya və Rusiyadan olan 4 nəfər isə yaralanıb.