Qazaxda top mərmisi tapıldı

15 İyul 2017 22:25 (UTC+04:00)

AzNews.az Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki, rayonun Fərəhli kəndində kəndarası torpaq yolunun kənarından 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar edilərək götürülüb, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.