“Roma” 20 yaşlı türk futbolçuya 13,4 milyon avro xərclədi - Foto

16 İyul 2017 13:27 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, İtaliya klubunun saytı məlumat yayıb. Transfer romalılara 13,4 milyon avroya başa gəlib. Bundan başqa, “Roma” bonus olaraq əlavə 1,5 milyon avro da ödəyə bilər.

Türkiyə mllisinin 20 yaşlı futbolçusu ilə 2022-ci ilin iyunun 30-na qədər müqavilə imzalanıb. Cengiz yeni komandasında 17 nömrəli formanı geyinəcək.