Gürcüstan uşaq ansamblının üzvlərini daşıyan avtobus Türkiyədə qəzaya düşdü - 38 yaralı

16 İyul 2017 14:25 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Girəsun şəhərinin yaxınlığında Gürcüstandan olan "Lampberi" uşaq ansamblını daşıyan avtobus qəza törədib.

qəza nəticəsində 38 nəfər xəsarət alıb. Xəsarət alanlar şəhərin bir neçə xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib.