Qusarda xanım sürücü 9 yaşlı qızı maşınla vurub öldürdü

16 İyul 2017 15:04 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, yolun Qusarın Ləgənqışlaq kəndi ərazisindən keçən hissəsində 9 yaşlı Məryəm Zərbəliyevanı maşın vuraraq öldürüb.

Hadisəni 1962-ci il təvəllüdlü Nərmin Məmmədova idarə etdiyi avtomobillə törədib. Məryəm hadisə yerində ölüb.

Faktla bağlı Qusarın hüquq-mühafizə orqanlarında araşdırma aparılır.