Heydər Əliyev Mərkəzinin parkında cüdo dərsi keçirildi Foto

16 İyul 2017 15:52 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, iyulun 15-də cüdo üzrə dərsi dünya və Avropa çempionu, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının qalibi Elxan Məmmədov aparıb.

8-18 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs 1 saatdan artıq davam edib.

Axşam saatlarında isə Mərkəzin parkında açıq havada uşaqlar üçün müxtəlif əyləncə təşkil olunub.

Əyləncələrdə park ərazisində oyun zonası yaradılıb, müxtəlif intellektual və idman oyunları təşkil olunub. Uşaqlar, həmçinin köpük şousunda əylənib, eləcə də üzlərini arzularına uyğun şəkillərlə boyatdırıb, musiqi sədaları altında rəqs ediblər.