Britaniya Qran Prisinin qalibi məlum oldu - Fotolar

16 İyul 2017 17:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yarışın qalibi 3 qat Dünya çempionu britaniyalı "Mercedes" pilotu Luis Hamilton oldu. Bu Hamiltonun karyerasında 57-ci qələbədir.

İkinci isə Hamiltonun komanda yoldaşı Valtteri Bottas oldu. İlk üçlüyü "Ferrari" pilotu Kimi Raykkonen tamamladı.

Yarışa ilk yerlərdə Mercedes pilotu Luis Hamilton və Ferrari pilotları Kimi Raykkonen, Sebastyan Fettel başladı. Sıralanma turunda uğursuzluğa düçar olan Azərbaycan Qran Prisinin qalibi RedBull pilotu Rikkardo starta sonuncu başlamalı idi. Lakin, Mclaren pilotu Alonsonun bolidində güc qurğusu dəyişdirildiyi üçün ispan pilot sonuncu yerə yuvarlandı.

İlk dövrədə Torro Rosso pilotları bir-biri ilə toqquşdu. Nəticədə Karlos Saynz yarışı vaxtından əvvəl dayandırdı. Daniil Kvyat isə yarışa təhlükəli qayıdış etdiyi üçün pit-leyn vasitəsilə cərimələndi.

Maşının güc qurğusunda problemlər yarandığı üçün Alonso yarışı tamamlaya bilmədi və boksa qayıtdı.

Yarışın sonlarına yaxın "Ferrari" pilotu Fettelin sol ön təkəri deşildiyi üçün məcburi boksa qayıtdı. Bununla da, yarışda 7-ci oldu.

Günün sürücüsü starta 19-cu başlayan və finişə 5-ci çatan Daniel Rikkardo oldu.

Fəridə Abdullayeva

AzNews.az