Elvin Məmişzadə gecə klubunda qızı döyüb - Yenilənib

17 İyul 2017 10:50 (UTC+04:00)

Məşhur idmançı "Ölkə.Az"-a açıqlamasında xəbəri təkzib edib:

"Gecə klubunda dava salmamışam. Ümumiyyətlə, gecə klubuna getmirəm. Bilmirəm, xəbəri kim yayıb. Ancaq heç kimlə düşmənçiliyim yoxdur"

Qeyd edək ki, Yenicag.az-ın yaydığı xəbərə görə, hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, şəhərin “26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb.

***

09:12

Boks üzrə dünya çempionumuz Elvin Məmişzadə gecə klubunda dava salıb.

Yenicag.az-a bu barədə etibarlı mənbədən məlumat daxil olub. Hadisə şəhərin “26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb. Məmişzadə Elvin Rauf oğlunun döydüyü xanım xəsarət alıb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.

Hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində baş verib.

Qeyd edək ki, dünya çempionumuz olan Məmişzadə, eyni zamanda I Avropa Oyunlarının qızıl medalçısıdır.

AzNews.az