Bu siqnallar hamını təəccübləndirdi - 11 işıq ili uzaqlıqdan gəlir

17 İyul 2017 14:31 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qəribə siqnalları Port Rikonun Aresibo Rəsədxanası aşkarlayıb.

Port Rikonun Universitetinin astrobioloqu Abel Mendez “Demək olar ki, mütəmadi olaraq siqnallar alırıq. Siqnallar Yadplanetlilər tərəfindən ötürülmüş ola bilər. İndiyə qədər heç bir peykdən belə siqnal qəbul etməmişdik”- deyə məsələyə münasibət bildirib. Məlumata görə, siqnallar ilk dəfə olaraq may ayında eşidilməyə başlayıb.

Qeyd edək ki, sözügedən ulduz Günəşdən 2800 dəfə parlaqdır və yerdən 11 işıq ili uzaqlıqda yerləşir.

Bəxtiyar Abbasov

AzNews.az