Körpələrə ən çox hansı adlar verilib?

17 İyul 2017 15:20 (UTC+04:00)

Ədliyyə Nazirliyindən AzNews.az-a bildirilib ki, bu ilin ilk yarısında 1343 körpəyə Yusif, 1006-sına Əli, 900-nə Hüseyn, 752 körpəyə Ömər, 694-nə Uğur, 668-nə Məhəmməd, 608-nə Murad, 489-na Ayxan, 410 oğlana İbrahim, 400-nə Tunar adları verilib.

Bundan başqa, oğlanlara verilən adlar arasında Ümid, Nihad, Raul, Emil, Amin, Nihad, Ramal, Səid, Sadiq, Cahid, Rəvan, Nurlan, Turan, Adəm, Onur, Cəsur, Fateh, Toğrul, Cavidan, Amir, Mətin, Renat və s. adlar üstünlük təşkil edib.

Bu ilin 6 ayında Azərbaycanda doğulan qızlardan 1256-na Zəhra, 1015-nə Nuray, 760-na Zeynəb, 721-nə Məryəm, 713-nə Fatimə, 683-nə Aylin, 653-nə Mələk, 638-nə Dəniz, 508-nə Damla, 494-nə isə Ayan adı verilib.

Həmçinin, qız uşaqlararına verilən adlar arasında Xədicə, Mədinə, Leyla, Gülay, Səma, İnci, Fidan, Banu, Ayla, Yağmur, Ayşə, Nilufər, Mehri, Nuranə, Nurgül, Aminə, Gülsüm, Safiya kimi adlar üstünlük təşkil edib.