Xalq şamlarla ayağa qalxdı - Etiraz aksiyası + Fotolar

17 İyul 2017 16:19 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ali Məhkəmənin qarşısında toplaşan etirazçılar Məhkəmə islahatlarına dair qanun layihəsini “demokratik prinsiplərə qarşı qəsd” adlandırıblar.

Məlumata görə, aksiyaya 17 minə yaxın fəal qatılıb. Fəallar əllərində şamlarla hökumətə qarşı şüarlar səsləndiriblər.

“Əllərimizdə olan bu şamlar Ali Məhkəmənin dəfninə toplaşmağımız mənasına gəlməməlidir. Bu şamlar ümid şamlarıdır” – deyə aksiya təşkilatçıları bəyan edib.

Qanun layihəsinə edilən bir sıra dəyişikliklərlə yanaşı, Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırmaq yolu ilə məhkəmə sədrlərinin vəzifəyə təyin olunması və vəzifədən uzaqlaşdırılması qaydalarının da dəyişdirilməsi nəzərdə tutulur. Bundan başqa, Milli Məhkəmə üzvlərinin Seym deputatları arasında keçirilən səsvermə əsasında seçilməsi də təklif edilib.

Qanun layihəsi Ancey Dudanın imzalamasından sonra qüvvəyə minəcək.

Bəxtiyar Abbasov

AzNews.az