Yaşlı qadını maşın vurdu - Bakıda

18 İyul 2017 09:05 (UTC+04:00)

"Report" xəbər verir ki, Mərdəkan qəsəbəsində yolu keçmək istəyən yaşlı qadın Orucov Firuz Şahmurad oğlunun idarə etdiyi "90-OZ-390" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Zərərçəkmiş hadisə yerində ölüb. Sürücü Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az