Qısa ətəkli qadının videosu ölkəni “bir-birinə vurdu” - Video

18 İyul 2017 09:55 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, çəkiliş Uşayqir şəhərində qeydə alınıb. Qadının Xulud adlı model olduğu bildirilir.

Tənqidçilər qadının ölkənin geyim qaydalarını pozduğu üçün həbs olunmasını tələb ediblər. Bəziləri Xuludun cəsarətli addım atdığını bildirərək onu müdafiə edib.

Səudiyyə Ərəbistanında qadının ictimaiyyət arasında bədənin bütün hissələrini örtən geyimdə gəzməsini əsas götürən qanunlar ciddi şəkildə tədbiq olunur.

Bəxtiyar Abbasov

AzNews.az