“Sevgililər günü”ndə müğənniyə pul hədiyyə olundu – EKSKLÜZİV

14 Fevral 2013 09:50 (UTC+04:00)


AzNews.az-a danışan müğənninin prodüseri Səbuhi Arif bildirib ki, müğənninin həyat yoldaşı işləriylə əlaqədar xarici ölkələrin birində yaşayır: "Həyat yoldaşı burada olmadığı üçün yüksək məbləğdə pul göndərib ki, Gunel xanıma zövqünə görə hədiyyə alsın".

Məbləği gizli saxlayan prodüser onu da qeyd edib ki, G.Məhərrəmova hədiyyəsindən məmnundur.

Qeyd edək ki, 28 yaşlı müğənninin 30 yaşlı həyat yoldaşı avtomobil ticarəti ilə məşğuldur.

Fuad Mədətov
AzNews.az